TACİKİSTANDA 2 MİNƏ YAXIN MƏSCİD BAĞLANIB

6-02-2018, 00:20           

"Tacikistan hakimiyyəti fəaliyyət göstərməsi üçün icazə sənədi olmayan 1938 məscidi bağlayıb".
"RİA Novosti” xəbər verir ki, bunu Tacikistan hökuməti yanında dini və adət-ənənə işləri üzrə komitənin sədri Süleyman Davlatzoda fevralın 5-də jurnalistlərə bildirib. "Onlara qeydiyyatdan keçmək üçün vaxt verilmişdi. Ancaq müəyyən edilən müddət ərzində qeydiyyatdan keçmədikləri üçün məscidlər bağlandı”, - komitə sədri vurğulayıb. Komitənin məlumatına görə, 2017-ci ilin sonunda Tacikistanda 4 minə yaxın dini müəssisə, o cümlədən 48 mərkəzi cümə məscidi, 326 cümə məscidi, 3528 beşdəfəlik məscidlər, 1 İslam mərkəzi, 3 ismaili mərkəzi, 67 qeyri-İslam birliyi qeydə alınıb. Son 9 ildə Tacikistanda imamlar attestasiyadan keçirilirlər. 2014-cü ildən din xadimlərinə hər ay 90 dollara yaxın maaş verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru