Azərbaycanlı milyarder Putinlə görüşdü: 3,6 milyardlıq yeni layihə

6-02-2018, 00:35           

Lukoil Rusiyanın Budennovsk əyalətində yeni qaz emalı şirkəti quracaq.

teref.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət qaz emalı zavodunun tikintisi üçün qərarın qəbul olunduğunu rəsmən açıqlayıb. “Lukoil”in rəhbəri Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinlə görüşdə layihənin investisiya dəyərinin 120 milyard rubl (təxminən 3,6 milyard manat) olacağını bildirib.

Yeni şirkətin tikintisində 3 mindən çox işçi çalışacaq. Şirkətin tam istifadəyə verilməsindən sonra orada 600 yeni iş yerinin olacağı da hesabatda öz əksini tapıb. Şirkət ilkin mərhələdə Xəzərdən nəql olunan xam məhsulla karbamid, ikinci mərhələdə isə polietilen və polipropilen istehsal edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru