Qalaktikamızdan kənarda yeni planetlər kəşf olundu – İLK DƏFƏ

6-02-2018, 00:39           

Astrofiziklər ilk dəfə dünyamızın yerləşdiyi qalaktikadan kənarda yeni planetlər kəşf ediblər.

“Tendensiya.com” xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

“The Astrophysical Journal” dərgisində yayımlanan araşdırma nəticələrinə görə, kəşf edilən planetlərin Dünyadan 3,8 milyard işıq ili uzaqlıqda olduğu və ölçülərinə Ay-dan Yupiterə qədər fərqli olaraq dəyişdiyi ortaya çıxıb.

Oklahoma Universitetinin astrofiziki və tədqiqatçı yazar Xinyu Dai bu kəşfə görə çox həyəcanlı olduqlarını və ilk dəfə qalaktikadan kənarda planetlər kəşf edildiyini qeyd edib.

Qeyd edək ki, alimlər bu günə kimi sadəcə öz qalaktikamız daxilindəki planetlərin varlığını ortaya çıxarmışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru