FES-in yeni rəhbəri işə başladı – Gedişat necə olacaq?

6-02-2018, 01:25           
FES-in yeni rəhbəri işə başladı – Gedişat necə olacaq?
ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) yeni başçısı Jerom Rovell rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Axar.az xəbər verir ki, 65 yaşlı Rovell bu gün FES-in Vaşinqtondakı mərkəzində təşkil olunan andiçmə mərasimi ilə vəzifə başına keçib. O, yazılı açıqlamasında “Amerikalılara xidmət etmək imkanına sahib olmaqdan qürur və şərəf duyduğunu” ifadə edib.

FES-in 16-cı rəhbəri olan Jerom Rovellin 2012-ci ildən bəri birlikdə çalışdığı Canet Yellenin uğurlu pul siyasətini davam etdirməsi gözlənilir. Onun maliyyə sektorunda uğurlu karyerası sayəsində 55 milyon dollar sərvət qazandığı təxmin edilir. Beləliklə, Rovell bu göstərici ilə 1940-cı illərdən bəri FES-in ən zəngin başçısı olub. O, siyasət və hüquq sahələrində təhsil alıb və son 40 ildə bu vəzifəyə təyin olunan ilk şəxsdir ki, iqtisadiyyat sahəsində doktorluq dərəcəsinə malik deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru