Baş nazirlə müavinlərinin saxlanıldığı an – VİDEO

6-02-2018, 01:32           
Baş nazirlə müavinlərinin saxlanıldığı an – VİDEO
Xəbər verdiyimiz kimi, Dağıstanda Federal Təhlükəsizlik Xidməti əməkdaşları biri baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Əbdusamad Həmidov, ikisi onun müavini olmaqla dörd yüksək vəzifəli şəxsi saxlayıb. Saxlanılan məmurlar büdcədən sosial proqramların reallaşması üçün ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadla verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsi Dağıstan hökumət üzvlərinin saxlanılma anını əks etdirən videogörüntüləri yayıb.

Görüntülərdə məmurlardan birinin villası, Həmidovdan götürülən qızıl TT tapançası, “Beretta” tapançası və iki Kalaşnikov avtomatı, yüksək vəzifəli şəxslərin qandallanaraq və gözübağlı şəkildə təyyarə ilə Moskvaya göndərilmə anı əks olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru