Rusiyanın beynəlxalq axtarışa verdiyi azərbaycanlı Mosulda öldürülüb

6-02-2018, 13:07           
Rusiyanın beynəlxalq axtarışa verdiyi azərbaycanlı Mosulda öldürülüb
Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən azərbaycanlının İraqda öldürüldüyü məlum olub.

Bu barədə APA-ya İnterpol xətti ilə axtarışa verilən Anar Muradlının yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, A. Muradlı Rusiyada yaşayıb. Bir neçə il əvvəl radikal dini qruplaşmalara qoşularaq Suriyadakı döyüşlərə qatılıb.

İŞİD-in tərkibində vuruşan A. Muradlı bir müddət Raqqada, daha sonra Mosulda gedən döyüşlərdə iştirak edib. O, İraq hökumət qüvvələrinin Mosula endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

Yaxınlarının dediyinə görə, A. Muradlı ailəsi ilə birlikdə Suriyaya gedibmiş. Onun ölümü barədə məlumatı da həyat yoldaşı verib.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları 1991-ci ildə Zaqatalada anadan olmuş Muradlı Anar İlham oğlunu İnterpol xətti ilə axtarışa verib. O, qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru