"SpaceX" şirkəti "Falcon Heavy" raketini Marsa göndərib - VİDEO

7-02-2018, 09:16           
"SpaceX" şirkəti "Falcon Heavy" raketini Marsa göndərib - VİDEO
Amerikanın "SpaceX" şirkəti çərşənbə axşamı öz yeni yüksək ağırlıqlı "Falcon Heavy" raketinin ilk buraxılışını həyata keçirib.

“Report” xəbər verir ki, Kanaveral burnundakı buraxılış meydançasında baş verən proses şirkətin saytında canlı yayımlanıb.

"Falcon Heavy"nin göyərtəsində faydalı yük var. Bu, "SpaceX" şirkətinin təsisçisi və sahibi İlon Maskın şəxsi kolleksiyasından olan qırmızı rəngli "Tesla Roadster" avtomobilidir. Maşının sükanı arxasında "SpaceX" skafandırlı "Starman" manekeni əyləşib.

Raket 27 mühərrik və üç çarvadar bloku ilə təchiz edilib. Startdan dərhal sonra iki blok "Falcon Heavy"dən ayrılaraq Yerə enib. Bu bloklardan növbəti buraxılışlar zamanı istifadə olunacaq. Üçüncü blok "Tesla"nı Günəş ətrafındakı heliosentrik orbitə çıxıb. Bu orbit adətən Marsa səyahət üçün istifadə olunur. Bundan sonra üçüncü blok da Yerə qayıdıb. "Tesla" orbitdə hərəkətini müstəqil şəkildə davam etdirəcək.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru