İsveçrə Livandan gələn 2 min suriyalı qaçqını qəbul edəcək
7-02-2018, 23:29
İsveçrə Miqrasiya İdarəsinin rəhbəri Mario Qattiker Livana sığınan suriyalı qaçqınların 2 minini qəbul edəcəklərini açıqlayıb. Mario Qattikerbu barədə Livanın paytaxtı Beyrutda Livanın qaçqınlarla iş üzrə naziri Moin Mərhəbiylə görüşündə jurnalistlərə açıqlama verib. O qeyd edib ki, İsveçrə hökumətinin bu barədə qərarı bu il qüvvəyə minəcək. İsveçrəli rəsmi, "Məqsədimiz çox sayda qaçqını qəbul edən Livanla həmrəyliyimizi nümayiş etdirməkdir" , - deyə söyləyib. Qeyd edək ki, hazırda Livanda 1 milyona yaxın suriyalı qaçqın yaşayır. Livan prezidenti Mişel Aun çıxışlarında dəfələrlə ölkəsinin bu qaçqınlara ev sahibliyi etmək iqtidarında olmadığını bildirib. eastnews.org/