İraq ən çox axtarılan terrorçuların siyahısını dərc etdi - Bağdadi və Səddam Hüseynin qızı ilk pillələrdə
7-02-2018, 23:32
İraq hökuməti ən çox axtarılan terrorçuların əks olunduğu yeni siyahını yayımlayıb. Siyahıda birinci pillədə İŞİD terror təşkilatının rəhbəri İbrahim Əvad İbrahim Əli əl-Bədri əl-Samirayi, məşhur adı ilə Əbu Bəkr əl-Bağdadi yer tutur. Siyahının ikinci pilləsində isə Əbu Bəkr əl-Bağdadinin müavini, əsl adı Əbdül Rəhman əl-Qaduli olan Əbu Əla əl-Əfri yer alır. İlk pillələrdə yer alan terrorçulardan digər 7-si də İŞİD terror təşkilatının İordaniya, Səudiyyə, Qətər və Yəməndən olan rəhbər üzvləri olub. Axtarılanlar siyahısına hazırda İordaniyada yaşayan İraqın keçmiş diktatoru Səddam Hüseynin qızı Raqad Hüseyn və atasının rəhbəri olduğu BƏƏS partiyasının 60 üzvü də əlavə olunub. Raqad Hüseyn İraqda millətçilik toxumları əkməkdə və bir sıra terror aktlarına təşkilatçılıqda ittiham edilir. Axtarılanlar siyahısına hazırda İordaniyada yaşayan İraqın keçmiş diktatoru Səddam Hüseynin qızı Raqad Hüseyn və atasının rəhbəri olduğu BƏƏS partiyasının 60 üzvü də əlavə olunub. Raqad Hüseyn İraqda millətçilik toxumları əkməkdə və bir sıra terror aktlarına təşkilatçılıqda ittiham edilir. Eastnews.org