Günəşin daha bir sirri açıldı - Yapon alimlərdən bir ilk

8-02-2018, 09:25           

Yaponiyanın Milli Astronomiya Rəsədxanasının astronomları “Japon HINODE” kosmik aparatı vasitəsi ilə Günəşin səthindəki ən güclü maqnit sahəsini birbaşa müşahidə ediblər.

Teleqraf.com “sciencedaily.com” saytına istinadla xəbər verir ki, rekord xüsusiyyətə malik maqnit sahəsini 5 gün ərzində analiz edən astronomlar onun bir Günəş ləkəsindən çıxan qaz axınının digər ləkəyə toxunması nəticəsində yarandığını bildiriblər.

Maqnit sahəsinin 6,250 min Qauss gücündə olduğunu qeyd edən alimlər bu rəqəmin bir çox Günəş ləkələrinin ətrafında olan maqnit sahəsinin gücündən iki dəfədən artıq olduğuna diqqət çəkiblər.

Qeyd edək ki, Günəşdə bu güclü maqnit sahəsinin olması əvvəllər yalnız dolayı yolla aşkar edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru