Trampın müşaviri istefa verdi - SƏBƏB

8-02-2018, 18:27           
Trampın müşaviri istefa verdi - SƏBƏB
ABŞ prezidenti Donald Trampın müşavirlərindən olan Rob Porter istefa verib.

Moderator.az xəbər verir ki, Robun iki keçmiş arvadı onu "fiziki şiddət tətbiq etməklə" ittiham etdikdən sonra Porter bu qərar gəlib. Rob Porter Ağ Evdə rəsmi sənədlərdən məsul şəxs idi. Porter istefasını təqdim edəndə "bu ölçüsüz ittihamlar səhvdir"-deyib.

Kolbi Holderness və Cennifer Villiqbi ailəli olduqları dövrdə Porter tərəfindən fiziki şiddətə məruz qaldıqlarını bildiriblər. Kolbi deyib ki, 2003-cü ildə Kanar adalarında keçirilən bal ayında Porter onu təpikləyib. İki il sonra İtaliyanın Florensiya şəhərində isə Porter onun üzünə yumruq zərbəsi endirib.
Robun ikinci arvadı isə 2009-2013-cü illər arasında Porter tərəfindən döyüldüyünü bildirib.

Prezident müşaviri isə ittihamları rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru