Amerikanın fond bazarı həftə ərzində ikinci dəfə rekord dərəcədə aşağı düşüb

9-02-2018, 08:26           
Amerikanın fond bazarı həftə ərzində ikinci dəfə rekord dərəcədə aşağı düşüb
ABŞ-ın aparıcı fond indeksi "Dow Jones" fevralın 8-də 4,15 faiz və ya 1000 bənddən çox aşağı düşüb.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, bu, həftə ərzində ikinci dəfə baş verib. Bazar ertəsi, fevralın 5-də sözügedən indeks təqribən 4,6 faiz itirərək, 1175 bənd azalıb.

Digər mühüm Amerika indikatoru "S&P 500" də əhəmiyyətli dərəcədə itkiyə məruz qalıb. Bu indeks yanvarın 26-da nümayiş etdirdiyi yüksək göstəricidən sonra 10 faizdən çox azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru