“Apple” tarixində ən böyük sızıntı baş verib, mənbə kodları oğurlanıb

9-02-2018, 09:19           

İOS yükləmələri üçün cavabdeh olan “iBoot”un mənbə kodları “Github”da yerləşdirilib. Mənbə kodunun kim tərəfindən sızdırıldığı bilinmir.

“Report” bu barədə dünya mətbuatına istinadən xəbər verir.

“Github”a sızdırılan kodun İOS 9-a aid olduğu məlum olub. Bildirək ki, “iBoot”un mənbə kodları gizli məlumatlardır, “Apple” bu faylları yayımlamır.

“Apple Mac OSX” və İOS əməliyyat sistemləri haqqında kitab müəllifi Conatan Levin bu hadisəni şirkət tarixində ən böyük sızıntı adlandırıb.

“Apple” bu sızıntı ilə bağlı hələlik açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru