Bəndin şlüzləri qəsdən açıldı: - rusların tikdiyi körpü dağıdıldı

9-02-2018, 13:37           
Bəndin şlüzləri qəsdən açıldı: - rusların tikdiyi körpü dağıdıldı
Suriyada su bəndinin şlüzlərinin qəsdən açılması nəticəsində Fərat çayının səviyyəsi qalxıb və rusiyalı hərbçilərin tikdiyi körpü uçub. FaktXeber.com-un məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyini rəsmi «Krasnaya zvezda» qəzeti xəbər yayıb.

İstisna edilmir ki, ABŞ bununla Fəratın sol sahilində Dəməşqin rəsmi hökumətinin möhkəmləndirməsinin qarşısını almaq məsqsədi güdür.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayında rusiyalı hərbçilər Fərat çayı üzərindən Deyr əz Zor şəhərinin bir neçə km-də 210 metrlik körpü inşa etmişdilər. Körpü hərbi texnikaların və şəxsi heyətin çayın şərq sahilinə göndərmək üçün istifadə olunurdu. Tikili üzərindən gün ərzində 8000 maşın keçə bilərdi. Körpü ağır zirehli texnikaların, o cümlədən tankların, PDM və yaylım atəşli reaktiv sistemlərin ağırlığına dözürdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru