«ABŞ -ın aviazərbəsi nəticəsində 100-ə yaxın Rusiya vətəndaşı həlak olub!» – Suriyada

10-02-2018, 00:19           
«ABŞ -ın aviazərbəsi nəticəsində 100-ə yaxın Rusiya vətəndaşı həlak olub!» – Suriyada
Suriyada ABŞ kolalisiyasının aviazərbəsi nəticəsində, bəzi məlumatlara görə, 100 nəfərə yaxın Rusiya vətəndaşı - «Vaqnerin özəl hərbi şirkəti»nin əməkdaşı həlak olub. Müdafiə Nazirliyii rəsmi məlumatından isə ümumiyyətlə, belə nəticə çıxır ki, zərbə qurbanlarının arasında Rusiya vətəndaşı olmayıb.
«ABŞ aviasiyasının zərbəsi heç də Suriya hökumət qüvvələrinə endirilməyib. Koalisiya təyyfrələri birdəfəyə, Vaqnerin «Özəl hərbi şirkəti»nin iki bölməsinə zərbə endirilib» – deyə, «DXR» qruplaşmasının sabiq komandirləindən olan İqor Girkin sosial şəbəkə vasitəsilə xəbər verib. Bu zaman Girkin özünün «etibarlı mənbəyi»nə istinad edib. Onun məlumatına görə, aviazərbə endirilən bölgədə Rusiya Nüdafiə Nairlyinin hərbi qulluqçusu ümumiyyətlə olmayıb və ya az sayda olub. Raket zərbəsinə özəl hərbi şirkətin 5-ci hücum dəstəsi, zirehli qrupu və artilleyriya bölməsi məruz qalıb. Bütün bunlar Deyr-əz-Zor məntəqəsinin yaxınlığında baş verib. Girkinin məlumatına görə, şirkət qüvvələrinin bir qismi tamamilə məhv edilib, digər hissəsi isə darmadağın olub.
«Vaqner şirkətinin itkiləri 100 – nəfərdən artıq olub, mənim hesabıma görə, ərazidən «iki KAMAZ» meyit çıxarılıb» – Girkin məlumat verib.
Rusiya Müdafiə Nazirliyində isə hələ də təsdiqləyirlər ki, ABŞ koalisiyasının zərbəsi altına Bəşər Əsəd tərafdarları düşüb.
Bu ərəfədə, Suriyanın xarici işlər nazirliyi (XİN) Birləşmiş Millətlər Təşkilatını (BMT) ABŞ koalisiyasını bu zərbəsini pisləməyə və hərbi cinayət kimi tanımağa çağırıb.
AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.