Rusiyalı aparıcı veriliş zamanı amerikalı eksperti studiyadan qovub - VİDEO

10-02-2018, 08:22           
Rusiyalı aparıcı veriliş zamanı amerikalı eksperti studiyadan qovub - VİDEO
Rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya-1” telekanalında yayımlanan "Vladimir Solovyov ilə axşam" verilişi zamanı amerikalı ekspert Qriqori Vinnikovu studiyadan qovub. Hadisə ekspertin Suriyada həlak olan pilot Roman Filipov barədə təhqiredici ifadələr işlətməsindən sonra baş verib.

“Report” xəbər verir ki, Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonov ölən pilotun 1 dəqiqəlik sükutla yad edilməsini təklif etdiyi zaman, Vinnikov hərbçi haqqında xoşagəlməz sözlər deyib.

Sonda aparıcı ekspertdən studiyanı tərk etməsini istəyib.

"Rusiyada "ölümə hörmət" deyə bir anlayış var, xüsusilə də qəhrəmanlara", - deyə RİA "Novosti" aparıcının sözlərini sitat gətirir.

Rusiyanın "Su-25" bombardımançısı fevralın 3-də vurulub. Pilot Roman Filipov katapult etsə də, terrorçular tərəfindən öldürülüb.
[media=https://www.youtube.com/watch?time_continue=42&v=_-rkClmHMYM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru