Yunanıstanda zəlzələ olub 10-02-2018, 08:27 Yunanıstanda 4,3 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yerli vaxtla saat 22:24-də qeydə alınan yeraltı təkanların episentri Arqostolion şəhərindən 19 km şimal-qərbdə, ocağı 2 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş