Lotereyada milyonlar udan taylandlı bileti itirdi, intihar etdi

10-02-2018, 08:38           
Lotereyada milyonlar udan taylandlı bileti itirdi, intihar etdi
Tayland sakini olan Ciravut Ponqphan lotereyada 41 milyon bat (76 milyon rubl) qazanandan bir müddət sonra evində ölü tapılıb. Bu haqda lenta.ru saytı “The Mirror”a istinadən yazıb.

Onun üstündə məktub tapılıb. C.Ponqphan məktubda bu intihara görə ailəsindən üzr istəyib. Bu hadisəyə qədər Ponqphan bu uduşu qeyd etmək üçün qohum və dostlarını evə dəvət etmişdi. Növbəti gün isə kişi lotereya biletini itirdiyini bilib. Onsuz isə pulu almaq mümkün olmayıb. Kişi bu hadisədən sonra dərin depressiyaya düşüb və işə getməyi dayandırıb. Uduş biletinin başına nə gəldiyi və bunun oğurlanma ehtimalının polis tərəfindən araşdırılması barədə hər hansı xəbər yoxdur.

Fevral ayının əvvəlində amerikalı Poverbal lotereyasında 560 milyon dollar qazansa da, onu almaqdan imtina etmişdi. Buna səbəb onun cinayətkarlardan qorxması idi. Qadın məhkəmə vasitəsilə puldan imtina etmək və adının anonim saxlanılması hüququndan istifadə etmək üçün məhkəməyə müraciət etdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.