Mason Lojası bəyan etdi: “Bizi haqsız yerə...”

11-02-2018, 11:53           

İngiltərədə mason təşkilatı ölkə qəzetlərinə bir səhifəlik elan verərək üzvlərinin haqsız yerə damğalandığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, ölkədəki mason lojalarını birləşdirən İngiltərə Birləşmiş Mason Lojası (UCLE) tanınmış media nəşrlərinə “Artıq bəsdir” başlıqlı elan verib.

UCLE-nin rəhbərliyində təmsil olunan Devid Staples imzası ilə verilən elanda İngiltərədə masonların “haqsız yerə qaralandığı” önə sürülüb. Eyni zamanda UCLE-nin 200 min üzvünün yanlış olaraq qaralanması ayrı-seçkilik kimi qiymətləndirilib.

Elanda lojanın ünvanını qeyd edәn Devid Staples ona məktub yazan hər kəsin suallarını cavablandıracağını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru