Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatıb

12-02-2018, 09:05           

Rusiyanın Moskva vilayətində "AN-148" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatıb.



APA-nın xəbərinə görə, bu barədə Rusiya FHN-nin regional idarəsindən bildirilib.



Məlumata görə, müstəntiqlər hadisə yerində araşdırmaları davam edirlər. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, hadisə yerinə baxış bir neçə gün davam edə bilər.



Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə yerindən təyyarənin qara qutusu aşkarlanıb.



Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru