ABŞ-da yollardan birinin böyük hissəsi çöküb - VİDEO 12-02-2018, 09:25 Birləşmiş Ştatların Ferfaks şəhərinin (Virciniya ştatı) küçələrindən birində yolun böyük hissəsi çöküb.“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə barədə "ABC News" telekanalı süjet nümayiş etdirib.Yol fevralın 10-da çöküb. Əvvəlcə kiçik çala əmələ gəlib, ardınca o, 30 metr uzununa, 7,5 metr eninə genişlənib.Hazırda yerli hakimiyyət orqanları hadisə yerində iş aparır. Yol dövrəyə alınıb, ərazidə traktor işləyir. Facebook-da paylaş