Rus kəşfiyyatı Vaşinqtonda ABŞ-ı təhdid etdi - Piontkovski

12-02-2018, 13:26           
Rus kəşfiyyatı Vaşinqtonda ABŞ-ı təhdid etdi - Piontkovski
Tez, ya gec, “Kreml hesabatı”nın məxfi hissəsi dərc olunacaq.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin Ukrayna mətbuatında dərc olunan məqaləsində yer alıb.

“Məxfi hissənin dərc edilməsi qaçılmazdır. Sanksiyalar haqqında qanunun necə qəbul edildiyini xatırlayın. Tramp və Tillerson sadəcə müvəqqəti olaraq bunun yayımını dayandıra bilərlər. Bu sənədin yayımlanmasından sonra Ukraynada kiçik hərbi eskalasiya kifayətdir ki, Rusiyaya qarşı bu siyahı üzrə nəinki sanksiyalar tətbiq edilsin, hətta onun üçün SWIFT sistemi də söndürülsün. Ona görə də Moskva hazırda eskalasiya yox, bu sanksiyalardan necə can qurtarmağı düşünür. Moskva hətta bir müddət öncə Vladislav Surkovun yerinə Qriqori Yavlinskini ABŞ-la danışıqlara göndərəcəyi barədə şayiə yaydı. Bunun nə qədər həqiqət olmasını bilmirəm, amma bu şayiələr Moskvanın həqiqətən bundan sonrakı danışıqlara hazır olduğunu göstərir”.

Piantkovski bildirib ki, Moskva “Kreml hesabatı”nın ardınca Vaşinqtona öz kəşfiyyat rəhbərlərini də göndərib:

“Bundan sonra Vaşinqton məlumat yaydı ki, Rusiya ilə birgə ümumi düşmənimiz olan islam terrorçularına qarşı döyüşməliyik. Bu, sadəcə kiçik şantaj idi. Moskva deyir ki, sanksiyalar tətbiq etsəniz, islam terrorçuları ilə vəziyyətiniz ağır olacaq. Görünür, Moskvanın şantajı işləyib, amma bu müvəqqətidir”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru