Amerikanı söyən Hizbullah da Amerikaya sığınan PKK-ya dəstək verir - FOTOFAKT

12-02-2018, 20:11           
Amerikanı söyən Hizbullah da Amerikaya sığınan PKK-ya dəstək verir - FOTOFAKT
Təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar Afrində türk əsgərinə qarşı döyüşən terrorçuların bəzilərinin İran PKK-sı olan PJAK üzvü olduğu haqda məlumat yayıb.

Publika.az xəbər verir ki, Ağar Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçuların içindəki PJAK üzvlərinin fotolarını yayıb.

“Afrində məhv edilən terrorçular arasında PJAK-ın silahlı qanadı YRK üzvləri də var. Onlar “Ya Zəhra!”, “Lebbeyk ya Hüseyn!” nidaları ilə döyüşürlər. Buradan sübut olunur ki, İran və Suriyanın ərazi bütövlüyünü hədəfə alan terrorçular birləşərək, bizə silah çəkirlər. İranın, Suriyanın, Türkiyənin və İraqın ərazi bütövlüyünü hədəf alan terrorçular birləşdiyi halda dörd ölkənin məzhəb tələsinə düşməsi nə dərəcədə doğrudur?! Vəziyyət belə olduğu halda, Hizbullah PKK-ya döyüşçü göndərir”, - deyə ekspert bölgədə qurulan böyük tələyə diqqət çəkib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru