Saakaşvili: "Ulu nənəm Stalini jandarmlardan xilas edib"

12-02-2018, 22:51           
Saakaşvili: "Ulu nənəm Stalini jandarmlardan xilas edib"
Gürcüstanın sabiq prezidenti, hazırda Yeni Qüvvələr Hərəkatı Partiyasına rəhbərlik edən Mixeil Saakaşvilinin ulu nənəsi vaxtilə İosif Stalini çar jandarmlarından xilas edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə M.Saakaşvilinin özü "Facebook"dakı səhifəsində britaniyalı rejissor Armando İannuççinin "Stalinin ölümü" filmini şərh edərkən yazıb.

"Ulu nənəm mənə danışardı ki, Stalini atasının evindən çıxarmaqla onu çar jandarmlarından xilas edib. Stalin isə bu yaxşılığın qarşılığında onların mülklərini əllərindən alıb, ulu nənəmin atasını və qardaşını məhv edib", – M.Saakaşvili bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru