ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2019-cu ilin büdcəsində YPG/PKK terror qruplaşmalarına da maliyyə ayırıb. “Pentaqon” təlim-təchizat proqramı və sərhəd təhlükəsizliyi adı altında özünü Suriya Demokratik Qüvvələri (SDQ) adlandıran bu iki qruplaşmaya ümumilikdə 550 milyon dollar verəcək.
Məlumata görə, bunun 300 milyon dolları təlim-təchizat, 250 milyon dollar isə sərhəd təhlükəsizliyi üçün ayrılıb.(Qafqazinfo)