“Fələstin ABŞ-la istənilən formada əməkdaşlıqdan imtina edir” – Mahmud Abbas

13-02-2018, 01:03           
“Fələstin ABŞ-la istənilən formada əməkdaşlıqdan imtina edir” – Mahmud Abbas
Fələstin rəsmi Vaşinqtonun hərəkətləriylə əlaqədar, o cümlədən Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə görə Birləşmiş Ştatlarla istənilən formada əməkdaşlıqdan imtina edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşün gedişatında Fələstin lideri Mahmud Abbas bildirib.

Abbasın sözlərinə görə, Vaşinqtonun ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqqında qərarı (Fələstin üçün-red) şillədir.

“ABŞ-ın hərəkətləri ilə yaradılmış belə mühitdə indiki andan amerikalılarla onların hər hansı növ statusunda əməkdaşlıqdan imtina edirik. Çünki biz onların hərəkətlərinə qarşı çıxırıq”, – deyə o bildirib.

Daha əvvəl Tramp ABŞ-ın vitse-prezidenti Mayk Pensin Yaxın Şərqə səfəri zamanı ona qarşı edilən “hörmətsilizyə” görə Fələstini maddi yardımdan məhrum etməsi ilə hədələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru