Dağılmış İraqın bərpasına 88 milyard dollar lazımdır –Bağdad məbləği açıqladı

13-02-2018, 01:11           

İŞİD silahlı qruplaşması ilə üç ilədək çəkən müharibədən sonra İraqın bərpasına 88,2 milyard dollar pul lazım olacaq.

Bunu İraq rəsmiləri fevralın 12-də keçirilən beynəlxalq konfransda deyiblər.

“İraqın bərpası İraqa ümidin bərpası deməkdir, İraqın sabitliyinin bərpası region və dünya ölkələrinin sabitliyi deməkdir”, – İranın planlaşdırma naziri Salman Əl-Jumaili üç gün ərzində Küveytə yığışmış donor və investorlara söyləyib. ABŞ rəsmilərinin dediyinə görə, İraqa İŞİD-lə mübarizədə dəstək vermiş beynəlxalq koalisiyanın rəhbəri olan Birləşmiş Ştatlar konfransda hər hansı məbləğ boyun olmağı planlaşdırmır.

İraq dekabrda İŞİD-i məğlub etdiyini açıqlayıb, yaraqlıların 2014-2015-ci illərdə tutduğu ərazilərin, demək olar, hamısını geri alıb. Döyüşlər nəticəsində böyük ərazilər dağıdılıb, milyonlarla adam evindən didərgin düşüb.

2003-cü ildə ABŞ-ın işğalı nəticəsində diktator Səddam Hüseyn devriləndən İraqa milyardlarla dollar ayrılıb. İllərlə davam edən yaraqlı üsyanı və məzhəb savaşı 2014-cü ildə İŞİD-in ortaya çıxmasıyla sonuclanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru