Venesuelada karnaval atəşə tutuldu: ölənlər var 13-02-2018, 08:48 Venesuelanın Bolivar ştatında karnaval yürüşü naməlum şəxs tərəfindən atəşə tutulub.Trend-in verdiyi xəbərə görə, hadisə El-Kalyao bələdiyyəsində baş verib.İnsident nəticəsində 3 nəfərin həlak olduğu, daha 5 nəfərin xəsarət aldığı bildirilir.Yaralılar xəstaxanaya yerləşdirilib. Cinayətkarı yaxalamaq hələlik mümkün olmayıb. Facebook-da paylaş