Netanyahu: Bu, tarixi həmlədir, o torpaqlar artıq bizimdir...

13-02-2018, 09:42           

İordan çayının qərb sahilində suverenliyin tam təmin edilməsi məsələsini amerikalılarla müzakirə etdik.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu “Likud” partiyasından olan deputatlarla görüşündə deyib.

“İordan çayının qərb sahilində suverenliyin tam bərpası məsələsini bir müddətdir ki, amerikalılarla müzakirə edirəm. Mövzu ilə bağlı bu prinsipləri izləyirik: Birincisi, amerikalılarla koordinasiya... Çünki onlar müstəqil İsrail dövləti və yəhudi məskənləri üçün strateji qazancdır. İkincisi isə bu özəl deyil, bir hökumət təşəbbüsü olmalıdır. Çünki tarixi həmlədir”, - Netanyahu bildirib.

Lakin ABŞ tərəfi yəhudi baş nazirin bu yöndə olan iddialarını təkzib edib.

“Bununla bağlı heç bir müzakirə aparmamışıq. ABŞ prezidenti bütün diqqətini İsrail-Fələstin arasında yeni bir sülh təşəbbüsünə yönəldib”, - deyə Ağ Ev sözçüsü Coş Raffel deyib.

Qeyd edək ki, İordan çayının qərb sahili uzun müddətdir ki, İsrail hökumətinin nəzarətindədir və burada qanunsuz olaraq yəhudi məskənləri salınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru