İrəvan Ağsaqqallar Şurasında dava: QADINLAR DÖYÜLDÜ - Video

13-02-2018, 18:23           
İrəvan Ağsaqqallar Şurasında dava: QADINLAR DÖYÜLDÜ - Video

İrəvan Ağsaqqallar Şurasının iclasında toqquşma yaşanıb.
Axar.az xəbər verir ki, toqquşmaya səbəb “Ərik Ölkəsi” Partiyası üzvlərinin iclasa Nubaraşen rayonundan götürülən çirklənmiş suyu gətirməsi olub. Nümayəndələr məhz bunun ucbatından rayon ərazisində dözülməz iyin yayıldığını bildirib.
Partiyanın üzvlərindən Marina Xaçaturyan İrəvan meri Taron Markaryana su qablarından birini verməyə cəhd edib. Onun bu addımına Respublika Partiyasının üzvləri mane olub. Bundan sonra çirklənmiş su Markaryanın masasına dağılıb. Bu isə tərəflər arasında toqquşmaya səbəb olub və Xaçaturyan bir neçə zərbə alıb.
Partiya üzvlərinin binadan çıxarılması üçün hadisə yerinə polis cəlb edilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.