Böyük Britaniyada son 10 ilin ən güclü zəlzələsi olub

18-02-2018, 10:10           

Böyük Britaniyada 4,4 bal gücündə zəlzələ olub. APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, ölkə tarixində son on ilin ən güclü yeraltı təkanları Cənubi Uelsdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.



Zəlzələ Liverpul, Birmingem və Kornuoll kimi şəhərlərdə hiss olunub. Dağıntılar və tələfat barədə məlumat verilmir.



Böyük Britaniyada analoji seysmoloji hadisə (5,2 bal ) sonuncu dəfə 2008 ildə qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.