ABŞ İÇƏRİDƏN "QAYNAYIR"! - FTB İŞÇİSİNİ QOVDULAR

17-03-2018, 13:10           

ABŞ-ın baş prokuroru Ceff Seşns Federal Təhqiqat Bürosunun direktorunun köməkçisi Andryu Makkeybi istefaya göndərib. Məlumatı “Röyters” informasiya agentliyi yayıb. Baş prokurorun açıqlamasında deyilir: “Baş müfəttişin hesabatına, FTB-nin peşəkar məsuliyyət şöbəsinin nəticələrinə və yüksək vəzifəli rəhbər şəxslərin məsləhətlərinə əsaslanaraq, bu andan etibarən Endryu Makkeybin səlahiyyətlərinin əlindən alınmasını qərara alıram”.

Makkeybin istefaya verəcəyi yanvarın 29-da bəlli olmuşdu. Təqaüdə çıxmaq vaxtı gəldikdə (18 mart) onun rəsmən istefa verəcəyi güman edilirdi. Prokurorun bu qərarı isə onun təqaüdə çıxmaq vaxtına iki gün qalmış verilib və bəzi hüquqlarını tələb eləməsinə əngəl ola bilər.

Tramp tənqid edirdi

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Makkeybini keçmiş dövlət katibi və prezidentliyə namizəd Hillari Klintona qarşı istintaq zamanı tərəf tutduğuna görə tənqid eləmişdi. Bundan başqa, Makkeybini məhkəmədə yalandan şahidlik eləməkdə ittiham edirdilər. Makkeybinin sözlərinə görə, Tramp onun Rusiya məsələləri və Hillari Klintona qarşı ittihamlarla bağlı tutuduğu mövqeyinə görə ondan “qisas alır”.Hurriyyet.org/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.