Zərrab işində yeni iddia: TƏCAVÜZ...

17-03-2018, 13:11           

ABŞ-da həbsdə olan əslən azərbaycanlı milyarder Rza Zərrabın vəkilləri müttəhimin onunla eyni həbsxanada saxlanılan Faozi Jaber adlı şəxsə təcavüz etməsinə cavab verib.

Hurriyyet.org xəbər verir ki, Zərrabın vəkilinin məhkəməyə təqdim etdiyi ərizədə Jaberin iddialarının həqiqəti əks etdirmədiyi bildirilib.

“Cənab Jaberin özünün dediyi kimi cinsi istismar və hücum iddiaları da tamamilə həqiqətdən kənar və yanlışdır”, - vəkil bildirib.

Zərrabın vəkili həmçinin onlarla məhkumun və həbsxana əməkdaşlarının olduğu bir yerdə bu tip bir cinayətin baş verməsi iddiasının inanılmaz olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-da İrana qarşı embarqonu yarmaqda ittiham olunaraq həbs edilən Rza Zərrab, sonradan məhkəmə ilə əməkdaşlığı qəbul etmişdi./axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru