Rusiya: Türkiyə çalışır, Ukrayna isə...

31-03-2018, 20:38           

Suriya və İraqdan qayıdan terrorçular Avropaya keçmək üçün Ukraynadan aktiv şəkildə istifadə edirlər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İlya Roqçev deyib.

“Suriya və İraqdan dönənlərin çoxu Türkiyə vasitəsilə Ukraynaya keçməyə cəhd edirlər. Belə ki, Ukraynanın Avropa Birliyi ilə vizasız rejimi mövcuddur. Qərbdəki tərəfdaşlarımız boyunlarına daha bir böyük problemi asıblar. Bizim Türkiyədəki tərəfdaşlarımız bu tranzitin qarşısını almaq üçün hər cür səy göstərirlər, amma onlar heç də hər kəsi yaxalaya bilmirlər”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru