Yaponiya hökuməti Serqey Skripalla bağlı mövqeyini açıqlayıb

31-03-2018, 23:02           
Yaponiya hökuməti Serqey Skripalla bağlı mövqeyini açıqlayıb
Yaponiya hökuməti Serqey Skripalla bağlı məsələyə münasibətdə mövqeyini açıqlayıb. Hökumət bəyan edib ki, o, Böyük Britaniyada Serqey Skripalın və onun qızının qətlinə cəhdlə bağlı Rusiyaya münasibətdə ABŞ və digər ölkələrin mövqeyinə uyğun hərəkət etməyəcək

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə telefon danışığı zamanı bildirib.

Xatırladaq ki, artıq dünyanın 20-dən çox ölkəsi Rusiya diplomatlarını öz ərazilərindən çıxaracaqlarını elan edib. Böyük Britaniya və digər ölkələr Yaponiyanı Rusiyaya münasibətdə daha kəskin mövqe nümayiş etdirməyə çağırır.

Baş vermiş hadisəyə münasibət bildirən Yaponiya hökuməti kimyəvi silahdan istifadəni tənqid edib və faktların britaniyalı və beynəlxalq müstəntiqlər tərəfindən tezliklə təsdiqini gözlədiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru