Vladimir Putin Rusiyanın unikal silahından danışıb

10-04-2018, 22:45           

Kurçatov İnstitutunun Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri dünyada analoqu olmayan Rusiyanın strateji silahının yeni modellərinin yaradılmasında iştirak ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Kurçatov İnstitutunda Mərkəzin 75 illiyinə həsr olunmuş mərasimdə çıxış edərkən bildirib.

“Həmin silahların yaradılmasında onlarla şirkət, konstruktor bürosu, elmi mərkəz iştirak edib. Onlar arasında Kurçatov İnstitutu və akademik təşkilatlar da var”, – V.Putin deyib.

Onun sözlərinə görə, belə silah bu gün dünyanın heç bir ölkəsində yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru