Generallar bu dəfə Bakını seçmədi 7-06-2018, 11:46 Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ Baş Qərargah rəisi Cozef Danford arasındakı görüş sabah baş tutacaq.Axar.az xəbər verir ki, bu barədə informasiyanı Finlandiya Müdafiə Nazirliyi yayıb. Nazirlik görüşün Helsinkidə keçiriləcəyini bildirib.Hər iki generalın ayrı-ayrılıqda Finlandiya prezidenti və Finlandiya ordusunun Baş Qərargah rəisi ilə görüşəcəkləri də açıqlanıb.Qeyd edək ki, generalların bundan öncəki görüşü Bakıda keçirilmişdi. Facebook-da paylaş