Bavariyada qaçqınlarla bağlı daha bir sərt qərar verildi – ALMANİYAda

7-06-2018, 17:25           

Almaniyanın Bavariya əyalətində qaçqın və miqrantlarla bağlı daha bir sərt qərar verilib. AzEuroNews.com xəbər verir ki, barələrində deportasiya qərarı çıxarılan qaçqınlar üçün çarter reysləri açılacaq.

Belə ki, hazırda Bavariyada minlərlə qaçqının deportasiya qərarını icra etmək üçün müvafiq təyyarə reyslərinin ayrılması gözlənilir. Bu da alman polisinin işini çətinləşdirir. Çünki, çox vaxt barəsində deportasiya qərarı verilən şəxslər qaçıb gizlənir, bəzən də, qonşu ölkələrin ərazisinə keçirlər.

Markus Zöder/ Foto © imago
Alman “Bild” qəzetinin xəbərinə görə isə, çater reyslərinin açılması yönündə müzakirələr başlanılıb. Bavariya əyalətinin baş naziri Markus Zöderin sözlərinə görə, indiyə kimi federal hökumət tərəfindən ayrılan təyyarə ilə qaçqınlar deportasiya edilib. O, bildirib ki, deportasiya qərarı olan qaçqınlar üçün çarter reyslərinin açılması şərtdir.

M.Zöder vurğulayıb ki, Bavariya qaçqınlar üçün cazibədar olmamalıdır: “Polislər də yaxşı təlim görməlidirlər. Hökumət deportasiya qərarı olanların qaçmaması üçün həbsxana tipli mərkəzləri açmağı planlaşdırır. Federal hökumət indiyə kimi qaçqınlara qonaqpərvər kimi davranaraq könüllü ölkədən çıxmaq üçün vaxt verib. Amma, qarş tərəf nədənsə daha çox aqressiya nümayiş etdirərək polisə və ya özlərinə fiziki xəsarətlər yetirib. Deportasiya mərkəzlərinin açılması bu problemi də həll edəcək. Eyni zamanda barələrində deportasiya qərar olanlara maddi yardımın verilməsi də dayandırlacaq”.

Məlumat üçün qeyd edək ki, artıq Almaniyadan sığınacaq istəyənlərlə bağlı qərarlar kamplarda bir həftə ilə bir ay arasında verilir. Sığınacaq istəyi qəbul edilməyənlər bir çox əyalətdə tikilən deportasiya mərkəzlərinə yerləşdirilirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.