Vladimir Putinlə Donald Trampın görüşü NATO ölkələri ilə aramızdakı hərbi əməkdaşlığı daha da dərinləşdirəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
Lakin bununla yanaşı, nazir alyansın Şərqi Avropada hərbi təlimləri artırdığını bildirərək, burada NATO əsgərlərinin sayının 2 mindən 15 minə qalxdığını vurğulayıb.
Qeyd edək ki, 16 iyulda D.Trampla V.Putin arasında Helsinkidə tarixi görüş baş tutmuşdu.