İran Azərbaycandan Qətərə gedən maşınlardan alınan 600 dollar rüsumu ləğv etdi

25-07-2018, 16:51           
İran Azərbaycandan Qətərə gedən maşınlardan alınan 600 dollar rüsumu ləğv etdi
İran Azərbaycandan Qətərə kənd təsərrüfatı mallarının daşınması ilə bağlı hər bir yük maşınından alınan 600 dollar məbləğində rüsumu ləğv edib.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev sərnişin və yük daşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.

İ.Əliyev bildirib ki, Azərbaycan Qətər Dövlətinə əsasən kənd təsərrüfatı məhsulları ixrac edir: "Bu yük daşımaları isə əsasən İran üzərindən həyata keçirilir.

O əlavə edib ki, bundan əvvəl Qətərə yük daşımaları ilə bağlı bir yük avtomobili üçün İran tərəfi 600 dollar məbləğində rüsum alırdı və bu da yükdaşıyıcılar üçün məqbul deyildi: "İran və Azərbaycan arasında bu sahə üzrə komissiyanın son iclasında həmin rüsumun ləğv olunması barədə qərar qəbul edildi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru