Nənə kraliça şahzadə nəvəsinə 21 otaqlı qəsr bağışladı - FOTO
25-07-2018, 22:13

Şahzadə Harri və Meqan Marklın toyu artıq iki ay bundan əvvəl keçirilib, amma onlar indiyədək hədiyyələr almaqda davam edirlər. Belə ki, kraliça II Yelizaveta yeni evlənənləri sevindirmək qərarına gəlib. O, gənc ər-arvada yeni ev təqdim edib.
Düzdü, kraliça onlara artıq iki kottec (biri Nottingemədə, digəri də Yorkda) bağışlasa da, o hesab edir ki, Vindzor qəsrinin ərazisindəki səssiz və sakit Adelaida malikanəsi cütlük üçün ən yaxşı variant olacaq.
Beləliklə, malikanə nə ilə maraqlıdır? Birincisi, bu malikanənin Müqəddəs Georgi kilsəsinin yaxınlığında yerləşməsi qibtə yaradır və məhz bu kilsənin altarında ər-arvad bir-birinə müqəddəs “hə” sözünü deyiblər. İkincisi, bu kottecdən Londona və şahzadə Harrinin üzv olduğu su polosu klubuna çox yaxındır (o, paytaxtdan cəmi 40 kilometr məsafədə yerləşir) . Üçüncüsü, evin yeddi müxtəlif girişləri və çıxışları var ki, cütlüyün paparatsilərin gözünə görünməməsinə imkan verəcək, təbii, əgər onlar da bunu istəsələr.

2015-ci ildə ev restavrasiya olmasına baxmayaraq, interyerin qədim əşyaları indiyədək saxlanılır.
Toydan sonra onlar Nottingem malikanəsində yerləşiblər. Son məlumat isə odur ki, onlar 21 otaqlı yeni malikanəyə artıq köçüblər.
moderator.az