ABŞ Türkiyəyə hər cür təzyiq etdi, hətta şantaja əl atdı - Leonkov

26-07-2018, 07:55           
ABŞ Türkiyəyə hər cür təzyiq etdi, hətta şantaja əl atdı - Leonkov
ABŞ Konqresinin Rusiyadan S-400 almaq qərarından geri çəkilməyən Türkiyəyə F-35-lərin təhvilinin müvəqqəti dayandırması qəti bir qərar deyil və bu, Ankaranın ABŞ təyyarələrinə heç vaxt malik olmayacağı mənasına gəlmir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı hərbi ekspert Aleksey Leonkov çıxış edib.

"ABŞ Rusiyanın zenit-raket sistemlərinin qəbulu ilə bağlı Türkiyəyə təzyiq etmək üçün hər yolu yoxladı. Ancaq Türkiyə buna olduqca qəti bir cavab verərək, bu istiqamətdə qərarından dönməyəcəyini bildirdi. Bundan sonra ABŞ da "Türkiyəyə 1-2 təyyarə verək, bəlkə qərarlarından imtina edərlər" oyununa başladı. Onlar bunu intriqaya çevirdi və Türkiyəni şantaj etməyə çalışdı. Ancaq gördüyümüz kimi, uğursuz oldu və ABŞ Konqresi Türkiyəyə F-35-lərin təhvilini dayandırmaq barədə qərar verdi", - Leonkov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru