İki saat ərzində 17 milyard dollar itirdi - ŞOK

26-07-2018, 09:04           
İki saat ərzində 17 milyard dollar itirdi - ŞOK
Feysbuk sosial şəbəkənin banisi Mark Sukerberq 2 saat ərzində 17 milyard dollar itirib.

Publika.az “Blomberg” agentliyinə istinadən xəbər verir ki, buna səbəb analitiklərin bədbin proqnozlarının yer aldığı rüblük hesabatın dərcindən sonra şirkətin səhmlərinin kəskin ucuzlaşması səbəb olub.

Hesabatda deyilir ki, şirkətin rüblük gəliri təxminən 13 milyard dollar təşkil edib. Bu, planlaşdırılmış göstəricilərdən aşağı olub. Hər gün sosial şəbəkəyə daxil olması gözlənilən istifadəçilərin sayı 1,49 milyard olduğu halda, son göstərici 1,47 milyard nəfər olub. Səhmlərin 24 faiz ucuzlaşması gəlirin artım sürətinə də mənfi təsir edib.

“Blomberg”in versiyasına görə, Mark Sukerberq iyulun əvvəlində planetin ən zəngin insanlarının siyahısında üçüncü yerə çıxıb. Onun sərvəti 81,6 milyard dollar qiymətləndirilirdi. Reytinqin iyulun 25-də yenilənmiş versiyasında isə onun sərvətinin 86,6 milyard dollar olduğu bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru