Narkokartellərin həyatını cəhənnəmə çevirib – İtin başına 200 milyon mükafat qoyuldu

27-07-2018, 07:30           
Narkokartellərin həyatını cəhənnəmə çevirib – İtin başına 200 milyon mükafat qoyuldu
Kolumbiyada narkotiklərin çatdırılması və satışı üzrə ixtisaslaşan cinayətkar qruplaşma “Kabus” ləqəbli polis itinin həyatı üçün 200 milyon peso (Kolumbiya pesosu ölkənin milli pul vahididir, təxminən 70 min ABŞ dollarına bərabərdir –red.) mükafat təyin edib.

Publika.az xəbər verir ki, bu haqda “Tvnotas” portal bildirib.

Mükafatı “Körfəz klanı” qruplaşmasının lideri Dario Usuqa təyin edib. Məlumata görə, o, hüquq-mühafizə orqanlarının qruplaşmanın planları haqqında informasiya almasından sonra belə bir qərar verib. Polis qruplaşma ilə mübarizə çərçivəsində “Kabus”un paytaxt Boqota aeroportuna köçürülməsi barədə qərar qəbul edib.

Qeyd edilir ki, “Kabus” ərzində narkokartellərə qarşı aparılan əməliyatların gedişatında təxminən 9 ton kokain aşkar edib və cinayətkarlar üçün həyatə xeylu çətinləşdirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru