İsrail polisi “Əl-Əqsa” məscidinə daxil oldu - YENİLƏNİB

28-07-2018, 00:00           
İsrail polisi “Əl-Əqsa” məscidinə daxil oldu - YENİLƏNİB
Bu gün Qüdsdə baş verən iğtişaşlar zamanı 24 nəfər həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.

Saxlanılanlar Məbəd dağında iğtişaş törətməkdə şübhəli bilinirlər.

Hadisə zamanı 4 hüquq mühafizə əməkdaşının xəsarət aldığı qeyd olunur.

20.24

Baş verən iğtişaşlardan sonra İsrail polisi Qüdsdəki Məbəd dağına girişi bağlayıb və etriazçıların sığındıqları “Əl-Əqsa” məscidinə daxil olmaq əmri alıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, bunu hüquq mühafizə orqanlarından bildiriblər.

Qeyd olunur ki, məsciddə olanlara məbədi tərk etmək tələbi irəli sürülsə də, onlar imtina ediblər. Məhz bundan sonra İsrail polisinə ora daxil olaraq etirazçıları ərazidən uzaqlaşdırmaq əmri verilib.

Məbəd dağı kompleksinə müsəlmanların üçüncü müqəddəs məscidi – “Əl-Əqsa” və “Qübbət əs-Səhra” məscidi daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru