Vaşinqtonda Pxenyanın denuklearizasiyası müzakirə edildi

28-07-2018, 09:04           
Vaşinqtonda Pxenyanın denuklearizasiyası müzakirə edildi
ABŞ-ın dövlət katibinin birinci müavini Con Sallivan Vaşinqtonda Cənubi Koreyanın xarici işlər nazirinin müavini Ço Xyonla görüşüb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentindən verilən məlumata görə, görüşdə Koreya Xalq Demokratik Respublikasının ətrafındakı vəziyyəti müzakirə edilib.

“Onlar Koreya Xalq Demokratik Respublikasının son və tamamilə yoxlanılan denuklearizasiyası üçün sıx əməkdaşlığı təsdiq etdilər”, - xəbərdə deyilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş iyunun 12-də Sinqapurda keçirilib. ABŞ-ın regiondakı ən yaxın müttəfiqləri - Cənubi Koreya və Yaponiya görüşdə iştirak etmirdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.