ABŞ-da Trampın yerinə Putinin şəklini asdılar

28-07-2018, 21:06           
ABŞ-da Trampın yerinə Putinin şəklini asdılar
ABŞ-ın Kolorado ştatının senatın binasında ABŞ prezidentinin portretini asan zaman səhvə yol verilib.

Modern.az The Hill nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidentinin portreti kimi Donald Trampın yerinə Rusiya prezidenti Vladimir Putinin şəkli asılıb.

Hadisənin iyulun 26-da baş verdiyi qeyd edilir.

Naməlum şəxs ABŞ prezidentlərinin portretlərinin asıldığı qalereyada Donald Trampın portretinin yerinə Putinin şəklini asıb.

Bir müddət sonra şəkil tur bələdçilərindən biri tərəfindən aşkarlanıb və çıxarılıb.

Qeyd edək ki, qalereyadan prezidentlərin şəkillərinin yığılan ianələr hesabına sifariş edildiyi bildirilir. ABŞ-ın hazır ki, prezidenti Donald Trampın şəklinin yeri isə boş qalıb. Belə ki, onun portretini sifariş etmək üçün hələ də yetərli ianə yığılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.