Yaponiyada qasırğaya görə minlərlə insan işıqsız qalıb

29-07-2018, 08:39           
Yaponiyada qasırğaya görə minlərlə insan işıqsız qalıb
Yaponiyanın qərbində "Condari" qasırğası nəticəsində ən azı 16 nəfər xəsarət alıb.

Trend-in yapon KİV-lərinə istinadən verdiyi məlumata əsasən, minlərlə insan təxliyyə olunub. Minlərlə evin elektrik enerjisiz qaldığı bildirilir.

Qeyd olunur ki, Kiotoda güclü külək səbəbindən yanğın 12 tikiliyə yayılıb. Evlərdən birində 85 yaşlı qadının meyiti tapılıb.

Hava şəraiti ilə əlaqədar 160 daxili reys ləğv olunub, qatarların hərəkətində gecikmələr qeydə alınıb.

Mie prefekturasında 78,3 min ev, Aitidə - 40,8 min, Sidzuokedə isə 17 min ev elektrik enerjisiz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru