ABŞ-da 3D-printerdə silah çapına icazə verildi

30-07-2018, 00:36           
ABŞ-da 3D-printerdə silah çapına icazə verildi
ABŞ məhkəməsinin texaslı silah ustası Kodi Uilsona 3D-printerdə silah hazırlamağa rəsmi icazə verməsi yerli məmurların ciddi təşvişinə səbəb olub.

Oxu.Az xəbər verir ki, bundan əlavə, məhkəmə “Wilson Defense Distributed” şirkətinin tapançalarının hazırlanması üzrə proqramın pulsuz yayılmasına da icazə verib.

Maraqlıdır ki, plastik və 3D-texnologiyalar vasitəsi ilə hazırlanacaq silahların seriya nömrəsi olmayacaq. Həmçinin onların hazırlanmasına və gəzdirilməsinə də icazə almağa ehtiyac yoxdur.

Beləliklə də, avqustun 1-dən etibarən istənilən şəxs 3D-printer alaraq və “Wilson Defense Distributed” saytından müvafiq proqramı yükləyərək plastik tapançaların istehsalına başlaya biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru