Aralıq dənizinin İspaniya sahillərində 200-dən çox miqrant xilas edilib
30-07-2018, 07:58
İspaniya sahil mühafizə xidmətinin əməkdaşları Aralıq dənizində köməksiz vəziyyətdə qalan daha 211 miqrantı xilas ediblər.
"Report" “figaro.fr” saytına istinadla xəbər verir ki, 11 qayıqda olan 200-dən çox miqrant İspaniya ilə Mərakeşi ayıran Cəbəllütariq boğazında sahilə çıxarılıb. Onlar İspaniyanın cənubunda yerləşən Əndəlis bölgəsindəki Əlcəzirə limanına aparılıblar.